TOP ULDUZLAR
Röyanın yeni klipinin kadrarxası məqamları – FOTO + VİDEO
Röyanın yeni klipinin kadrarxası məqamları – FOTO + VİDEO

Ekran işi yaxın günlərdə geniş auditoriyaya təqdim olunacaq.

Xəbər verdiyimiz kimi Əməkdar artist Röya Ayxan “Düşürsən tez-tez yada” adlı yeni mahnısını təqdim edib.

Ulduzlar.Az xəbər verir ki, sözləri Arzu Yəhyayevaya, musiqisi Faiq Sücəddinova, aranjimanı isə Muxtar Abseynova aid bəstənin klip çəkilişlərinə artıq başlanılıb.

Ekran işinin rejissoru Etibar Babayevdir.

İfaçının vizajı üzərində Anar Malik, saç düzümü üzərində isə Delya çalışıb. Geyim isə ifaçıya məxsus moda evindəndir.

Fotoların müəllifi Hüseyn Bağırovdur. 

Klip yaxın günlərdə geniş auditoriyaya təqdim olunacaq.

Əməkdar artist çəkiliş əsnasındakı bəzi kadrarxası məqamları və fotoları şəxsi İnstagram hesabında paylaşıb.