TOP ULDUZLAR
Elşad Xose: "Dəryanın ölümündən istifadə edib..."
Elşad Xose:

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, son vaxtlar şou-biznesdən uzaqlaşan reper rəssamlıq fəaliyyətindən bəhs edib:

“Rəssamlıq fəaliyyətimi açıq-aşkar demək istəmirdim. Amma çoxları rep sahəsindəki fəaliyyətimdən uzaqlaşmağıma xoşagəlməz sözlər qoşdu. Buna görə də qınaqlardan uzaq olmaq üçün hər kəsə rəssamlıq məşğuliyətimi dedim. Hazırda bu işə hobbi kimi baxıram. Əsərlərimi kütlə, satış üçün çəkmirəm. Bu sahədə də paxıllıq, qalmaqal var. Mən çalışıram bundan uzaq olum”.

E.Xose həmkarı mərhum Hüseyn Dəryadan da bəhs edib:

“Onun ölümündən istifadə edib efirə çıxıb, çox söz danışdılar, özlərini reklam etdilər. Yaxşı olardı ki, yaxşılıq edib, bunu gizli, sakit saxlayardılar”.

Repin bugünkü vəziyyətindən danışan Elşad sənətdən uzaqlaşmadığını bildirib:

“Sənətdən tam getməmişəm. Boş vaxtlarım olanda mahnılar yazıram. Bu gün rep tamam yox olub. Kimsə bu boşluqdan istifadə edib meydana çıxa bilərdi. Amma görünür, çox zəifdilər, hamı kənara çəkilib. Burada da boşluq yaranıb”.