TOP ULDUZLAR
Zerrin Özer xəstəxanaya yerləşdirildi – FOTO
Zerrin Özer xəstəxanaya yerləşdirildi – FOTO

6 ay əvvəl bel ağrısı şikayəti ilə keçirdiyi əməliyyatdan sonra əlil arabasına məhkum olan məşhur türkiyəli müğənni Zerrin Özer ayaqları üzərində dayanmaq istəyərkən müvazinətini itirərək yerə yıxılıb.

Ulduzlar.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, evdən dərhal xəstəxanaya çatdırılan ifaçının müalicəsi hazırda davam edir.

Üç bel yırtığı əməliyyatı keçirən, dördüncü əməliyyatı isə riskli olan Zerrin Özer üçün nə cür müalicə tətbiq olunacağı hələlik məlum deyil.

Xatrıladaq ki, Zerrin Özer yaxın günlərdə TRT Müzik-də yayımlanan “Zerrin söylüyor” proqramında ayağa qalxaraq pərəstişkarlarını sevindirmişdi.

TRT ekranlarında aparıcılığını etdiyi proqrama əlil arabası ilə çıxan müğənni, açıqlamasında “aylardır yata bilmirəm. Artıq məni həyata bağlayan sevinc qalmayıb” deyərək jurnalistlərlə dərdini bölüşmüşdü.