TOP ULDUZLAR
Zakir Qaralov İlhamə Quliyevanın köməkçisinin yaxınları ilə görüşəcək
Zakir Qaralov İlhamə Quliyevanın köməkçisinin yaxınları ilə görüşəcək

Baş prokuror Zakir Qaralov bir müddət əvvəl vəfat edən xalq artisti İlhamə Quliyevanın həbsdə olan köməkçisi Mehriban Hüseynovanın həyat yoldaşı və vəkili ilə görüşəcək.

Ulduzlar.Az xəbər verir ki, vəkil Vasif Mirzəyevin APA-ya verdiyi məlumata görə, Z.Qaralaov onları aprelin 29-da qəbul edəcək:

“Biz Mehriban Hüseynovanın işi ilə bağlı baş prokurorla görüşmək üçün müraciət etmişdik”.

Qeyd edək ki, M.Hüseynova Cinayət Məcəlləsinin 29.180-ci (soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ.Quliyevanın şikayəti əsasında saxlanılıb.

İ.Quliyeva fevralın 25-də vəfat edib.