TOP ULDUZLAR
Keçmiş model bəraət qazandı
Keçmiş model bəraət qazandı

Keçmiş model Ebru Şancı haqqında qaldırılan oğurluq iddiasından 3 il sonra bəraət qazanıb.

Ulduzlar.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, o, 2013-cü ildə prodüserGökhan Bederlə getdiyi gecə klubundan geri qayıtdıqdan sonra Beder mobil telefonunu tapa bilmədiyi üçün polis bölməsinə şikayət ərizəsi təqdim etmişdi.

Araşdırma nəticəsində telefonda Şancıya aid xəttin istifadə oluması təyin edilmişdi. Keçmiş model Bederin mobil telefonu onun avtomobilində unutduğunu və telefonun bacısına aid olduğunu zənn edərək istifadə etdiyini söyləmişdi.

Ötən gün baş tutan məhkəmə prosesində Şancı bəraət qazanıb.

Qeyd edək ki, Ebru Şancı 2015-ci ilin sentyabr ayında futbolçu Alpaslan Öztürk ilə Belçikadakı tarixi bir məkanda ailə qurub. Hazırda hamilə olan Ebru bu ilin mart ayında bətnindəki əkizlərdən birini itirib.