TOP ULDUZLAR
Almaz Ələsgərli səhnədən gedir?
Almaz Ələsgərli səhnədən gedir?

Ulduzlar.Az axar.az-a istinadən bildirir ki, bu sözləri əməkdar artist Almaz Ələsgərli teatrda çalışmağa başlaması haqda "Hər şey daxil" verilişində danışarkən deyib. O, müğənniliyə davam edəcəyini deyib:
 
"Musiqili Teatrda işə başlamışam. Burada 1985-ci ildə çalışmışdım, mənim üçün yad bir iş olmadı. Uzun illərdən sonra teatra qayıtmaq asan deyildi. Hazırda "Amerikalı kürəkən" adlı yeni tamaşa hazırlayıram. Peşəkar aktrisa kimi çalışıram. Premyera aprelin 29-da olacaq. Müğənni kimi də fəaliyyətimə davam edəcəyəm".