TOP ULDUZLAR
İfaçının əri mətbuata qarşı elədiyi hərəkəti dandı
İfaçının əri mətbuata qarşı elədiyi hərəkəti dandı
Demet Akalının həyat yoldaşı jurnalistlərlə yaşadığı qalmaqallardan söz açıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ş adamı mətbuat işçilərini təhqir etmədiyini söyləyib:“Mən işində əmək göstərən, işguzar insanlara hörmət edən insanam. Onlar da öz işlərini görürlər. Təhqir etməyim barədə yayılan xəbərlər yalandır. Bu cür xəbərlərdə adımın hallanması məni çox əsəbiləşdirdi, pis oldum. O gün sadəcə olaraq demişdim ki, hər kəs doğru xəbər arxasınca qaçsın, mətbuatda işıqlandırsın”.
 
Qeyd edək ki, bir müddət əvvəl Demet Akalın və həyat yoldaşı Okan Kurt əyləncə mərkəzindən çıxarkən görüntülənmişdi. Okan jurnalistlərin suallarına cavab verməmişdi. Türkiyə KİV-ləri isə iş adamının jurnalistlərə sərt reaksiya verdiyini, onları təhqir etdiyini qeyd etmişdi.