TOP ULDUZLAR
Mahsun Kırmızıgül ata olacaq – FOTO
Mahsun Kırmızıgül ata olacaq – FOTO

Körpə Amerikada dünyaya gələcək.

Bu ilin fevral ayında Los-Ancelesdə vəkil Ece Binayla evlənən müğənni, rejissor Mahsun Kırmızıgül ata olacaq.

Ulduzlar.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, cütlük ilk körpəsini aprelin sonunda qucağına alacaq. Kırmızıgül ilə həyat yoldaşının toydan sonra Türkiyəyə dönməməsinin səbəbinin məhz bu olduğu məlum olub.