TOP ULDUZLAR
Almaniyada ilk homoseksual dəniz səyahətinə Konçita Vürst də qatılır
Almaniyada ilk homoseksual dəniz səyahətinə Konçita Vürst də qatılır

Məşhur DJ-lərin şousu olacaq.

Almaniyanın tanınmış sərnişin gəmisi “Mein Schiff”in ikincisi bu il LGBT təşkilatları üçün fəaliyyət göstərəcək.

Ulduzlar.Az bildirir ki, Tui Cruises-in rəsmi səhifəsində yer alan xəbərə görə, səyahət zamanı məşhur DJ-lərin şousu ilə yanaşı, 2014-cü ildə “Eurovision”  mahnı yarışmasında Avstriyaya birincilik gətirən Konçita Vürst (Conchita Wurst) də iştirak edəcək.

Palma de Mallorca-da başlayacaq gəzinti Barselona, La Şeyn, Ajaccio, Civitaveccia, Salerno və Valletta-da davam edəcək.

“Mein Schiff 2”nin gəzinti turu 29 aprel tarixindən 7 may tarixinə qədər davam edəcək.