TOP ULDUZLAR
Səmra “Miracle” mahnısının 2 remiksini təqdim etdi.
Səmra “Miracle” mahnısının 2 remiksini təqdim etdi.

Tomas Neverqrin Səmra Rəhimli ilə əməkdaşlığından danışdı.

Azərbaycanı bu il keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsində təmsil edəcək Səmra Rəhimli öz promo turu çərçivəsində  Avropadakı fanatları üçün “Miracle” mahnısının iki remiksini təqdim edib.

Ulduzlar.Az-ın APA-ya istinadla xəbərinə görə, remikslərdən biri Tomas Neverqrin, digəri isə məşhur azərbaycanlı musiqiçi DJ Kamil tərəfindən hazırlanıb.

Tomas Neverqrin 2010-cı ildə “Eurovision” mahnı müsabiqəsində öz ölkəsini - Danimarkanı təmsil edib. Bununla yanaşı,  ifaçının “Since You Have Been Gone” və “Everytime” (I see your smile) kimi mahnıları bir neçə dəfə Şərqi Avropanın ən çox dinlənən on mahnısı sırasına daxil olub.    

Tomas Neverqrin Səmra Rəhimli ilə əməkdaşlığı barədə bunları deyib:

“Bu il mən “Miracle” mahnısının remiksini hazırlamaq fürsətini əldə etdim. Bu gözəl mahnı gənc azərbaycanlı ifaçı Səmra tərəfindən oxunur. Stokholmda keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsində ona uğurlar arzu edirəm”.