TOP ULDUZLAR
Müğənnini səhnədə ilan sancdı, 45 dəqiqə sonra öldü
Müğənnini səhnədə ilan sancdı, 45 dəqiqə sonra öldü

29 yaşlı ifaçı Karavanq şəhərində konsert proqramı ilə çıxış edib.

İndoneziyalı müğənni İrma Byulu ilan sancıb.

Ulduzlar.Az xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı ifaçı Karavanq şəhərində konsert proqramı ilə çıxış edib. İrma şousuna ilanlarla davam edən zaman bilməyərəkdən kobranın quyruğundan tapdalayıb və zəhərli ilan onun ayağını sancıb.

O, heç nə olmamış kimi çıxışını davam etdirib, hətta ilan zəhəri əleyhinə gətirilən dərmanı da qəbul etməyib.

İfaçı səhnədə 45 dəqiqə sonra qusmağa başlayıb və yıxılaraq vəfat edib.