TOP ULDUZLAR
Nazim dünyasını dəyişmiş atası haqda: "Çox darıxıram"
Nazim dünyasını dəyişmiş atası haqda:

Ulduzlar.az-ın məlumatına görə, ifaçı “ATV maqazin onlarla” verilişində atası üçün mahnı yazdırdığını söyləyib:

“Bəzən deyirlər torpaq soyuqdur. Amma yalan söhbətdir. Darıxmaqlar olur. Hərdən istəyirəm gedim onu tapım, söz deyim, nəsə soruşum. Sadəcə, olaraq bu dünyada olmayan bir şeyi necə axtarmaq olar? Çox qiymətli imiş. O dövrdə başa düşməmişəm. Atam iki gün əzində dünyasını dəyişib. Onu son görəndə reanimasiyaya aparırdılar, gözlərimiz toqquşdu. Hadisəni Altaya danışanda “Gözlərin nəysə pıçıldayırdı” adlı mahnı yazdı. Aranjiman Fərid İmana məxsusdur. Görək oxumaqla o səhnəni canlandıra biləcəyikmi”.

N.Məmmədov müğənni Emil Bədəlovla birlikdə Türkiyədə konsert verəcəyini bildirib.