TOP ULDUZLAR
"33 yaşında ər tapmışam. Niyə qoymursunuz oturum?"

Tarix: 28 Mart 2016 18:47

"Mən ailə quranda bir çox tanıdığım və tanımadıqlarım haqqımda çox söz danışdılar. Dedilər ki, ailə həyatı iki aylıqdır. Müvəqqəti ərdir də..."

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Xatirə İslam"ATV maqazin onlarla" verilişində deyib. 
Sənətçi onun ailəsini saxta adlandıranlara cavab verib:

"Hər bir ailədə söz-söhbət, qısqanclıq olur. Birdən evdə nəyinsə üstündə dalaşanda, qorxumdan boşana da bilmirəm. Çünki müğənni boşananda deyəcəklər ki, gördünüz? Günah müğənnidədir. Deyirəm ki, Fəxrəddin, görürsən, elə buna görə də nə deyirsənsə susuram".

X.İslam müğənni Nadir Qafarzadədən incidiyini etiraf edib:  

"Bir gün yoldaşımla efiri izləyirdim. Bir də gördüm Nadir Qafarzadə danışır: "Mən o kişilərdən deyiləm ki, arvadım işləsin, evdə oturub onun qazancını yeyim". Fəxrəddin başını saldı aşağı, qayıtdı ki, "Xatirə, görəsən, insanlar elə bilirlər ki, mən də eləyəm?" Mənim fikrim yoldaşımı tərifləmək deyil. Hərdən deyirəm ki, sabah boşansaq, insanlar məni qınayacaqlar ki, pis sənsən. O sözlərə görə Nadirdən incimişdim. Tədbirlərin birində gəlib qucaqladı ki, fikir vermə, bilir, kimə deyirəm. Əgər yoldaşım elə insan olsaydı, bu sözlər ona təsir etməzdi. 4 ildir ailəliyəm, hələ bir dəfə yoldaşım toya mənimlə gedib, diskimi qoymayıb. Elə olub ki, toya gedəndə yanımda köməkçim olmayıb, məcbur tək qatılmışam".

Müğənni sosial şəbəkədə onun ailəsini qınayanlardan, boşanması ilə bağlı şərhlər yazanlardan danışıb:

"33 yaşımda ailə qurmuşam. 4 ildir evliyəm. Düşünürəm ki, ailə qurmaqda gecikmişəm. Boşanmaq problem deyil. Amma istəmirsiniz ki, müğənnilərin də yanında sağlam həyat yoldaşı olsun? İnsan boşananda istər-istəməz ayağını pis yola qoyur. 33 yaşında ər tapmışam. Niyə qoymursunuz oturum?"

Qaynanasından söz açan X.İslam ondan incidiyini və səbəblərini açıqlayıb:

"Südabə xala bilir ki, söz saxlaya bilmirəm. Qaynanam yaxşı qadındır, onu çox istəyirəm. Mənim ondan istədiyim bir şey var, biz gec-gec görüşürük. Başa düşürəm, xəstədir. Amma mən küsəyənəm. Fikirləşirəm ki, bizə niyə gəlmir ki?"