TOP ULDUZLAR
Müğənni Eldar Qasımov tərəfləri silahı yerə qoymağa çağırdı
Müğənni Eldar Qasımov tərəfləri silahı yerə qoymağa çağırdı

“Qan tökülməsi ilə sülhə nailə çatmaq olmaz”.

Zorakı yolla dinc razılaşmalara nail olmaq mümkün deyil.

Ulduzlar.Az xəbər verir ki, bu barədə “Sputnikə” “Eurovision” müsabiqəsinin qalibi Eldar Qasımov bildirib.

Onun sözlərinə görə, indi bütün dünyada vəziyyət qeyri-sabitdir, regionumuz da gərgin vaxtlarını yaşayır.

“Təəssüf ki, dünyada baş verən hadisələr sevindirmir. Müasir sivil dünyada bütün mübahisələr danışıqlarla həll olunmalıdır. Qan tökülməsi ilə sülhə çatmaq olmaz. Mən silahı yerə qoymağı və təmiz niyyət və ağılla danışıqlar masası arxasına əyləşməyi çağırıram.