TOP ULDUZLAR
Aybəniz Haşımovadan toy xəbəri
Aybəniz Haşımovadan toy xəbəri

Əməkdar artist Aybəniz Haşımovanın bacısı, xalq artisti Şahnaz Haşımovanın evində toy olacaq.

Axşam.az-ın məlumatına görə, müğənni bu haqda sosial şəbəkədəki profilində yazıb. O, bacısı nəvələrinin kiçik toylarının olacağını bildirib:

“Mayın 4-də Gəncədə sevimli bacım, dəyərli səs sahibi, əvəzsiz sənətkar Şahnaz xanımın evində toy olacaq. Nəvələri Elgin, Zaur və Eldarın kiçik toyudur. O gün olsun, bacım onların və digər nəvələrinin böyük toyunu etsin. Əsl ana, nənə olmaq üçün gərək zəhmət çəkəsən. Mənim ən böyük əxlaq örnəyim, evimizin, ailəmizin, başımın tacı olan dəyərli bacım Şahnaz xanımın gözləri aydın olsun”.