TOP ULDUZLAR
Aygün Kazımova Azərbaycan əsgərinə mahnı həsr etdi – FOTO
Aygün Kazımova Azərbaycan əsgərinə mahnı həsr etdi – FOTO

“Bütün əyləncə ruhlu layihələrimi dayandırmışam”.

Azərbaycanın xalq artisti Aygün Kazımova növbəti vətənpərvər ruhda olan layihəsini təqdim edib.

Ulduzlar.az xəbər verir ki, müğənni “Əsgər marşı” ifa edib.

Saytımıza açıqlamasında Aygün Kazımova marşın sözlərinin Cəlal Qurbanova, musiqisi və aranjimanının isə Yaşar Baxışa aid olduğunu bildirib:

Vətənpərvər ruhda olan mahnılarımın əksəriyyətinin müəllifi dostum Cəlal Qurbanovdur. Yaşar Baxış ilə məni uzun illərin yaradıcı yolları bağlayır. Marşı vətənpərvər mahnıların peşəkar ifaçısı Şəmistan Əlizamanlıya da təqdim etmişik. O da ifa edib. Onun ifasında da “Əsgər marşı” çox uğurlu alınıb”.

Aygün Kazımova bu ruhda olan layihəsinin ardının gələcəyini açıqlayıb:

 

“Bütün əyləncə ruhlu layihələrimi dayandırmışam. Fikrim əsgərlərimizin yanındadır. Ona görə vətənpərvər ruhlu layihələrə başlamışıq. Haqqımda ölüm xəbəri, şər-böhtan, təxribat xarakterli xəbərləri yayan, yazan, danışan və bununla qalmaqal yaradıb gündəmə gəlmək istəyən insanlara demək istəyirəm ki, hal-hazırda çox məşğulam. Sizə cavab verəcək zamanım heç yoxdur”.

 

Qeyd edək ki, A.Kazımova yaxın günlərdə “Əsgər marşı”nın klip çəkilişlərinə başlayacağını əlavə edib.