TOP ULDUZLAR
Azərbaycanlı müğənni: Oğlum atasına nifrət edir
Azərbaycanlı müğənni: Oğlum atasına nifrət edir

“Bir gün övladımla yol gedərkən, mənə dedi ki...”.

ATV-də yayımlanan “Bizimləsən” verilişində qonaq olan müğənni İlahə İbadova boşanandan sonra atasının övladı ilə görüşmədiyini açıqlayıb.

Ulduzlar.az xəbər verir ki, ifaçı oğlunun atasına nifrət etdiyini deyib:

“Boşanandan sonra həyat yoldaşım övladıma aliment ödəmir. Hələ ki, məhkəmə prosesi davam edir. Övladımın 7 yaşı var. Onu atasına qarşı aqressiv böyütmürəm.

Bir gün övladımla yol gedərkən, mənə dedi ki, “ana, bilirsən mən niyə ona nifrət edirəm? Çünki gəlib məni görmür”.

Bu sözün qarşısında cavab tapa bilmədim. Heç vaxt övladmın yanında atası haqda, ümumiyyətlə boşanmağımız barədə danışmıram”.