TOP ULDUZLAR
Sevda Ələkbərzadə nişanlısını üzə çıxardı
Sevda Ələkbərzadə nişanlısını üzə çıxardı

Sevda Ələkbərzadə heç vaxt şəxsi həyatından danışmır. Ancaq bu dəfə istisna olub. Müğənni Lady Day.Az-a müsahibəsində gələcək həyat yoldaşı Kamiyar haqda da danışınb.

Milli.Az həmin müsahibəni ixtisarla təqdim edir.

- Siz heç vaxt şəxsi həyatınız haqda danışmırsınız. Bu səbəbdən sizin şəxsi həyatınızdakı sevgi haqqında heç nə bilmirik. Birdən-birə belə bir xəbər çıxır. Necə tanış oldunuz? Sizin qəlbinizi necə fəth edə bildi?

- Öz şəxsi həyatım haqqında danışmağı, onu nümayiş etdirməyi sevmirəm. Tanımadığım adamlara şəxsi həyatımda baş verən hadisələr haqda danışmağı lazım bilməmişəm. Bütün bu illər ərzində belə olub. Ancaq indi mənim üçün əhəmiyyətli hadisəni gizlədə bilmərəm.

Bircə onu deyə bilərəm ki, sevgi ilə ərə gedirəm. O Cənubi Azərbaycandandır. Amerikada yaşayır. Yeni ildə İstanbulda istirahət edərkən ümumi dostlarımız bizi tanış ediblər. Mən qastrola və ya istirahətə gedəndə görüşürdük. O, mən olduğum yerlərə gəlirdi. Dil baryeri olduğunu da hiss eləmirəm. Türk və ingilis dillərində danışırıq. Azərbaycan dilində danışanda bir-birimizi anlamırıq. Çünki ləhcə fərqlidir.

O musiqini çox sevir. Rok gitara ilə məşğul olur. Hətta bir zamanlar İranda rok gitara ifaçılığı üzrə dərs deyib. Bu onun hobbisi idi. Səsi də gözəldir. Oxumağı sevir.

- Anladığım qədər münasibətləriniz sürətlə inkişaf edib. Sizin kimi ciddi bir insan üçün bu kifayət qədər ciddi addımdır. Qısa zaman ərzində elə münasibət qurmusunuz ki, hətta qəlbinizi də ona vermisiniz. Yəqin, özünüz də özünüzü heyrətləndirdiniz?

- Oy, özüm-özümü çox heyrətləndirdim! (gülür). Belə bir qərar müəyyən vəziyyətdə və hisslərin təsiri ilə ortaya çıxmalıdır. Hətta mən evlilik barədə düşünməmişəm. Çünki həyatımda heç kim olmayıb. Olmayıb, çünki heç kim məndə özünə qarşı sevgi yarada bilməyib. Bilirdim ki, yalnız sevgi ilə ərə gedəcəm. Mən asan aşiq olan adamlardan deyiləm. Özümü sevənəm. Əgər onu sevdimsə, deməli, o da mənim ikinci yarımdır.

- Necə anladınız ki, bu məhz sizin adamdır?

- Xaraktercə biz onunla bənzərik. Yumor hissimiz də üst-üstə düşür. Bu da mənim üçün vacibdir. Mənəvi cəhətdən o qədər yaxınıq ki, onunla doğma dildə danışmamaq da məndə diskomfort yaratmır.

- Sizə necə evlilik təklif etdi?

- Gözlənilmədən! Bilirsiniz, biz onunla fərqli saat qurşaqlarında yaşayırıq. Bizdə axşam olanda onlarda səhər olur. Ancaq mən bunu heç hiss eləmirdim. Çünki hər səhər onun “Sabahın xeyir!” sözləri ilə başlayırdı. Gün “Gecən xeyirə!” sözləri ilə bitirdi. O öz varlığı ilə həyatımı elə doldurmuşdu ki, onun başqa ölkədə yaşadığını hiss eləmirdim. Sanki bütün bu aylar ərzində yanımda idi. Özünü elə aparırdı ki, yoxluğunu hiss eləmirdim.

Mənim yaradıcılığımı da çox sevir. Hələ İranda yaşayanda mənim mahnımı dinləmişdi, demişdi ki, mən bu müğənni ilə evlənmək istəyirəm.

Evlilik təklifini də gözlənilmədən etdi. Evdə oturmuşdum. Birdən qapı döyüldü. Böyük bir gül buketi gətirdilər. Buketin üzərində “Mənimlə evlənərsənmi?” qeydi var idi.

Şokda idim. Başqa cür təsəvvür etmirdim. Düşünürdüm ki, xaricdə görüşəcəyik və...

Ancaq təklifin özü gözlənilməz idi. Bir-birimizə bağlanmışdıq. Sadəcə anladım ki, bu insanla birlikdə olmaq istəyirəm. Məni doğru anlayın, ancaq mən azad insanam. İşləyirəm, karyera qururam, pul qazanıram. Öz həyatımda hər şeyi özüm həll edirəm. Ancaq anladım ki, bu mənim adamımdır. Onunla olmaq istəyirəm. Hətta bəziləri deyirlər ki, onunla bir-birimizə bənzəyirik. Ancaq o məndən daha ünsiyyətcildir.

- O başqa ölkədə yaşayır. Bəs evlilikdən sonra?

- Əlbəttə ki, mən onun yanına gedəcəm. Ancaq öz vətənimi də tərk etməyəcəm. Mənim hər şeyim buradadır. Orada isə öz ailəm olacaq. İki ölkədə yaşayacam. Bir tərəfdən, bütün günü Bakıda oturmurdum ki. Həmişə qastrollarda olurdum.

Sevda Ələkbərzadənin müsahibəsinin tam mətnini bu keçiddə rus dilində oxuya bilərsiniz.