TOP ULDUZLAR
Müğənnini təhdid edən şəxs sevgilisinin xalası çıxdı – FOTO + VİDEO
Müğənnini təhdid edən şəxs sevgilisinin xalası çıxdı – FOTO + VİDEO

Məhkəmə prosesi davam edir.

Müğənni Lerzan Mutlu “gözəlliyindən və üzündən məhrum olacaqsan” kimi sözləri ilə Murat K. və Filiz E. adlı şəxslərdən, Figen B. adlı şəxsdən isə “barmaqlarını kəsəcəyəm” kimi təhdid mesajları aldığını deyərək polisə ifadə vermişdi.

Ulduzlar.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, aparılan istintaq nəticəsində Mutlunu təqib və təhdid edən şəxsin ifaçının sevgilisinin xalası olduğu müəyyənləşib.

İstanbul Asliye Cəza Məhkəməsində haqqında həbs qərarı çıxardılan Filiz E. ifadə verib.

Lerzan Mutlunun sevgilisi Fırat Bozfıratın xalası olduğunu deyən gənc qadın, Fıratın anasının oğlunun müğənni ilə münasibətlərini qəbul etmədiyini və bacısının Qaziantepdə yaşadığı üçün onu axtararaq kömək istədiyini söyləyib.