TOP ULDUZLAR
Natavan Həbibi: "Konçitanın görünüşü..."
Natavan Həbibi:

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi şou-biznesdən, ona paxıllıq edənlərdən danışıb, konserti ilə bağlı açıqlama verib:

“Konsertdə səhnəyə gənc ifaçılar çıxaracam. Mənimlə birlikdə yalnız istedadı olanlar oxuyacaqlar. Onlar gələcəyin ulduzlarıdır. Bu konsertin təxirə salınmağını istəyənlər çox idi. Başa düşə bilmirəm ki, bir müğənniyə konsert verdiyinə görə paxıllıq etmək nə deməkdir? Mənə paxıllıq edənlərin o qədər uğuru var ki... Amma işləri-gücləri Natavanın ayağının altını qazmaqdır. Niyə qısqanırlar, bilmirəm. Müğənninin işi konsert verməkdir də...”

“Eurovision” müsabiqəsinin finalı haqqında fikirlərini bölüşən Natavan Konçitaya da münasibət bildirib:

“Konçitanın oxuduğu mahnı, səsi əla idi. Buna heç kimin sözü ola bilməz. Bir dənə də xaric not oxumadı. Amma görünüşü dəhşətli və iyrənc idi. Onun haqqında hər verilişdə danışıb, tanıtmaq lazım deyil”.